Bakıda məktəbə yeni rəhbərlik təyin olunub. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Paytaxtın Nərimanov rayonunda yerləşən 34 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub. Nəcibə Axundova bu vəzifəyə gətirilib.
O, daha öncə eyniadlı rayonda yerləşən 45 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışırdı.