Paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani, 194 ünvanında yerləşən məktəbin həyətində narkomanlar məskunlaşıblar. Bu haqda bu gün, 9 mart tarixində Bakuplus.az Nail Kəmərliyə istinadən xəbər verir.
Belə ki, adıçəkilən təhsil müəssisəsinin ərazisində tərk edilmiş tikili var ki, narkomanların yuvasına çevrilib. Bu tikilidən şagirdlərin sıx olduğu məktəb ərazisinə keçid tam sərbəstdir və heç bir məhdudiyyət yoxdur.
Məktəb rəhbərliyi aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq heç bir tədbirin görülmədiyini bildirirlər.
[URIS id=93410]