Bakıda bir çox marşrut avtobusu standartlara cavab vermir. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir:
“Hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobuslar fəaliyyət göstərir. Bu avtobusların yenilənməsinə ciddi ehtiyac var”, – deyə nazir müavini qeyd edib.