Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yerləşən avtobus dayanacağında tək ictimai nəqliyyat deyil, bahalı avtomobillər də dayanır. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Avtobus dayanacağında park edilmiş 99-TV-016 dövlət nömrə nişanlı "McLaren" markalı avtomobil kameraya düşüb. Nəqliyyat vasitəsinin sürücüsü onu perpendikulyar şəkildə saxlayaraq ərazini tərk edib.
Nəticədə dayanacağa avtobusların daxil olmasına maneə törədilib.