“Stalin ampiri” kimi tanınan monumental memarlıq üslubunun nümunəsi olan Xəqani küçəsindəki 59 saylı evin fasadı qanunsuz olaraq dəyişdirilərək təmir olunur. Bu haqda bu gün, 17 dekabr tarixində “Ali&Nino” mağazalarının sahibi Nigar Köçərli öz Facebook səhifəsində yazıb.
Səhər saatlarından binanın fasadına qoşa şüşəli pəncərələr quraşdırılır. Fasada müdaxilə aqlay plitələrlə gizlədilir.
Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmisi Nuridə Allahyarova bildirib ki, aidiyyəti qurumlar binanın fasadına müdaxilə məsələsi ilə operativ şəkildə məşğul olacaqlar.