Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Bolqarıstan və Gürcüstan sərgi guşəsinin açılışı baş tutub. Bu haqda Real TV reportaj hazırlayıb. Tədbir Milli Kitabxananın beynalxalq əməkdaşlıq zalında keçirilib.
Sərgidə nümayiş olunan 102 kitabdan 58-i Bolqarıstanın Milli Kitabxanasından, 44-ü isə Gürcüstanın Milli Parlament kitabxanasından hədiyyə edilib.
Guşələrin açılışı 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunub. Tədbiri Milli Kitabxananın direktoru, professor Tahir Kərimov açaraq, beynalxalq əməkdaşlıq zalındakı kompyuterlər vasitəsi ilə Bolqarıstan və Gürcüstan kitabxanalarının elektron kataloquna birbaşa daxil olmağın mümkünlüyünü vurğulayıb.
Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyətli səfiri Nikola Yankov Milli Kitabxanada Bolqarıstan guşəsinin yaradılmasından şad olduğunu deyib. O bildirib ki, bu, gələcəkdə mədəni əlaqələrin inkişafı üçün yaxşı başlanğıc olacaq.