Azərbaycanda moped sürücülərinə nömrə verilə bilər. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Bakı küçələrində bir çox sürücülər şikayət etdikləri mopedlərin çox vaxt cəzasız qaldıqlarından gileylənirlər. Moped sürücüləri isə bu iddianı qəbul etməyərək günahın, əsasən, avtomobil sürücülərində olduğunu bildirirlər.
Buna görə də maksimal sürəti 50 km/saat-dan çox olan nəqliyyat vasitələrinin qeydiyyata alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi təklif olunur.
Belə bir qanun qəbul edilərsə, mopedlər də digər hərəkət iştirakçıları kimi qanun pozuntusu zamanı cərimələnəcək.