Bakıda muzeydə musiqi gecəsi baş tutacaq. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Milli İncəsənət Muzeyinə istinadən xəbər verir.
“Muzeydə musiqi” adlı layihə çərçivəsində Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək, həmçinin milli musiqi nümunələri təqdim olunacaq. Layihənin hər bir mərhələsi musiqi və təsviri sənətin müəyyən dövrünə həsr olunacaq. Nəticədə isə tamaşaçı bu və digər epoxanın mədəniyyətini ayrılmaz vəhdətdə qavrayacaq.
Tədbir 14, 21 və 25 fevral tarixlərində saat 19:00-da baş tutacaq. Biletləri muzeyin kassalarından əldə etmək mümkündür.