Paytaxtda növbəti dəfə Hindistan sərgisi baş tutacaq. Bu haqda bu gün, 27 deakbr tarixində Bakuplus.az “Culture Baku”-ya istinadən xəbər verir.
Yanvarın 2-dən 10-na qədər davam edəcək sərgidə Hindistan məhsulları nümayiş olunaraq satışa çıxarılacaq.
Tədbir “Park Bulvar”ın 4-cü mərtəbəsində, “Hayal Kahvesi”də saat 11:00-dan 20:00-a kimi qonaqları qarşılayacaq. Sərgiyə giriş sərbəstdir.