“Hyatt Regency Baku”da oktyabrın 25-də əmək yarmarkası baş tutacaq. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Yarmarkada 38 müəssisə tərəfindən 750 vakansiya təqdim olunacaq. Tədbirə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə gəlmələri arzuolunandır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə bildiriləcək.
Yarmarka oktybarın 25-də saat 10:00-13:00 arası keçiriləcək. Giriş sərbəstdir.