Paytaxt Novruz bayramı üçün hazırlıqlar edir. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Prospekt və küçələrdə obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub. Bundan əlavə, güllər və kollar əkilib, ağaclar budanıb.
Həmçinin bordür və işıq dirəkləri də təmizlənib. Şəhərdə bayram atributları ilə bəzədilmə işlərinin görülməsinə başlanılıb.