18 oktyabr tarixində Nizami Kino Mərkəzində “Oğul” adlı sənədli filmin nümayişi baş tutacaq. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Libraff.az-a istinadən xəbər verir.
“Oğul” adlı film Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalıdır və üç il ərzində ərsəyə gətirilib. Ekran əsəri 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır.
Filmin rejissor və ssenari müəllifi Karan Sinqhdir və italiyalı hərbi fotoreportyor Enriko Sarsininin dərc olunmamış fotoları əsasında çəkilib.
Tədbir Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi, eləcə də “Libraff” kitab mağazaları şəbəkəsinin və "TEAS Press" Nəşriyyat evinin təşkilati dəstəyi ilə keçiriləcək.