Bakıda noyabrın 25-i saat 20:00-da oriyental rəqs üzrə açıq ödənişsiz dərs olacaq. Bu haqda bu gün, 19 noyabr tarixində Bakuplus.az məlumat verir.
Dərs “NERO studio”nun təcrübəli müəllimi İradə Rəhimova tərəfindən aparılacaq.
Oriyental rəqslərin bütün hərəkətləri hamardır, xüsusi fiziki yüklənmə tələb etmir, bu da bədənə çeviklik və plastiklik verməyə, həmçinin duruşu yaxşılaşdırmağa və bel və boyun ağrılarından qurtulmağa imkan verir.
Dərsdə iştirak etmək üçün mütləq qeydiyyatdan keçmək lazımdır. Əlaqə nömrələri: +994(50) 394 94 40, +994(50) 995 94 40