Bakıda ağaclar qəsdən qurudularaq, yerində parkinq yaradılır. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Paytaxtın Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsində yerləşən yaşayış kompleksinin qarşısındakı ağacları qəsdən qurudurlar. Belə ki, həmin ərazidə artıq parkinq sahəsi salınıb. Bir neçə ağac parkinqin tam rahat olmasına maneə törədir. Həmin ağacların kökü asfaltlanıb ki, ağaclar qurusun və onları kəsib götürsünlər.
Yaşayış kompleksinin təmsilçiləri bu iddianı təkzib edirlər və ehtiyac varsa, Ekologiya Nazirliyinin baxmasına razı olduqlarını bildirirlər. Nazirlik isə araşdırma aparılacağını vurğulayıb.