Bakıda uşaqlar üçün “Qış peçenyeləri” master-klası keçiriləcək. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az “Muzipo Kids”-ə istinadən xəbər verir.
Master-klas çərçivəsində uşaqlarla birlikdə peçenyelər bişiriləcək, onlara forma veriləcək. Daha sonra aşpazlıq bacarıqlarını nümayiş etdirən uşaqlar sonda hərəkət otağında parkurlardan keçəcək və oyunlar oynayacaqlar.
Tədbir 10 dekabr saat 13:00-14:00 arası keçiriləcək.
Qeydiyyat və əlavə məlumat üçün 055 496 96 56 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.