Bakıda “Prius”un sürücüsü fırıldaqçılıq edir. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az Avtosfer-ə istinadən xəbər verir.
Şikayətçi Aslan Hüseynovun sözlərinə görə, 77-FA-127 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü nömrədəki "F" hərfini lentlə “E” edib. Bu səbəbdən də sürücü qayda pozduqda cərimə digər avtomobilə yazılır.
"Bu adama nə deyəsən, belə adama neyləyəsən? Bu adam yenə öz işindədir. Qayda pozduğuna görə yenə mənə protokol gəlib", – deyə A.Hüseynov bildirib.