Bakının Şəmsi Bədəlbəyli küçəsində sürücü avtomobilini saxlayan zaman ərazidə özünü parkinq nəzarətçisi kimi təqdim edən şəxs sürücüdən 10 manat pul alaraq qaçıb. Bu haqda bu gün, 9 yanvar tarixində Patrul.az məlumat verib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları araşdırmaya başlayıb. Həmin şəxsin S. Hüseynov olduğu müəyyən edilib və o, polis idarəsinə gətirilib.
Sürücü pulu götürüb qaçan şəxsdən şikayət etməyəcəyini, əsas məqsədinin videonu paylaşıb yaymaq olduğunu bildirib.