Bakıda qısa tamaşalar festivalı keçiriləcək. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Festivalda nümayiş olunacaq tamaşaların 6-sı Bakıda, 4-ü rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.
Bundan əlavə, festivalda K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyni adlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxmaq da mümkün olacaq.
Festival boyunca tanınmış teatr mütəxəssislərinin fərqli ustad dərslərində, treninqlərdə və panel müzakirədə iştirak etmək mümkün olacaq.
Tədbirlər 25-30 noyabr tarixlərində müxtəlif ünvanlarda baş tutacaq. Məkanlar haqqında ətraflı məlumatı buradan almaq mümkündür.