top
Bakıda qadın döyülərək evdən çıxarılıb
01 iyul 2024, 01:30
- ↺ +

Bakıda qadın döyülərək evdən çıxarılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 145 ünvanında söküntü işləri zamanı MTK ilə sakin arasında mübahisə yaranıb. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Bildirilir ki, öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb. Verilən məlumata görə, bir neçə nəfər öncə qadının yaşadığı evə yaxınlaşaraq oradakı çəpəri sökməyə çalışıb. Sonra ekskavator işə salınaraq həm çəpər dağıdılıb, həm də oradakı ağac qırılıb.

Şikayətçi Afət Quliyevanın sözlərinə görə, "İbrahim Q" MTK tərəfindən aparılan söküntü işləri zamanı ona heç bir məlumat verilməyib və bununla bağlı məhkəmə qərar çıxarmayıb:

"Evdə tək idim, heç bir xəbərdarlıq olunmadan axşam saatlarında mənzilin elektrik enerjisini kəsdilər. Qonşularım enerjini bərpa etdikdən qısa müddət sonra 35 nəfərdən ibarət işçi qrupu traktorla vurub evi dağıtdılar. Məni isə sürüyərək, döyə-döyə apardılar. Bütün zinət əşyalarım, pullarım dağıntılar altında qalıb".

Qadın onu da qeyd edib ki, altı il ərzində həmin evin qazı, işığı və suyu kəsilib.

Məsələ ilə bağlı MTK-nın vəkili Yavər Yavərzadə bildirib ki, sakinlə ortaq məxrəcə gəlmək mümkün olmayıb: "Həmin sakin 13,5 kvadratmetr sahədən ibarət mənzilin əvəzinə şirkətdən fantastik rəqəmlər tələb etdiyinə görə onunla indiyədək razılıq əldə olunmayıb. Şirkət yeni tikiləcək binada 50 kvadratmetr ölçüdə mənzil təklif edir və o zamanadək kirayə və təmir pulu tərəfimizdən təqdim olunur. Bununla razılaşmayacağı təqdirdə sahibi olduğu sahənin əvəzinə, bazar dəyərindən qat-qat artıq kompensasiya da təklif olunub. Bütün bunlara baxmayaraq, həmin sakinlə razılıq əldə edə bilmirik. Üç ilə yaxındır ki, digər sakinlər kirayə yaşayırlar və bir nəfərin köçməməsi səbəbindən binanın inşasına başlaya bilmirik".

Daha öncə məlum olub ki, həmin ərazidə sözügedən MTK-nın əməkdaşları ağaclara və kollara ziyan vurublar.

Son xəbərlər

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Oxşar xəbərlər