Qarlı hava səbəbindən xəsarət alanların sayı açıqlanıb. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata əsasən, Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər müraciət edib. Onlardan 11-i qadın, 1-i isə kişidir.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına isə 16 nəfər müraciət edib. Onlardan 13-ü qadın, 3-ü isə kişidir. Onların hamısı müxtəlif bədən xəsarətləri alıb.
İnstituta müraciət edənlərin hamısı müalicə olunduqdan sonra evə buraxılıb. Təcili Tibbi Yardıma müraciət edənlər isə hospitalizasiya olunublar.