Bakıda qeydiyyatda olan narkotik aludəçilərinin sayı açıqlanıb. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin hesabatında verilən məlumata əsasən, Bakı şəhərində 11.152 nəfər narkotik istifadəçisi qeydiyyatda olub.