Azərbaycan Xalça Müzeyində Cəfər Mücirinin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az mədəniyyət ocağına istinadən xəbər verir.
“Sənətkar ömrü” adlı mühazirədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova görkəmli rəssam, peşəkar texnoloq, sənətşünas-alim, yazıçı-publisist Cəfər Müciri haqda danışacaq.
Daha sonra iştirakçılar üçün muzeyin Ənənəvi texnologiya şöbəsi tərəfindən ikiüzlü xovlu xalçanın toxunması üzrə ustad dərsi keçiriləcək.
İştirak üçün öncədən qeydiyyat vacibdir.
Tədbir 16 mart saat 16:00-da təşkil olunacaq.