Bakıdakı Rus Evində 14 noyabr saat 19:00-da Ebru texnikası ilə şərflərin dizaynı üzrə ustad dərsi keçiriləcək. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az məlumat verir.
Ebru kağız və ya kətan yerinə maye istifadə edən bir rəsm texnikasıdır. Şərflərin rənglənməsi məharəti üzrə dərsləri rəssam Sevinc Əliyeva keçəcək.
Hər kəs öz əlləri ilə şərf bəzəmək və yaxud yaxınlarına eksklüziv hədiyyə etmək imkanı əldə edəcək.
Ətraflı məlumat və dərs üçün qeydiyyat nömrəsi: 0502259231.
Ünvan: Ü.Hacibəyli, 77B.