Akademik Milli Dram Teatrında yenidən “Sənsiz” adlı tamaşa təqdim olunacaq. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Şıxəli Qurbanovun eyniadlı dramı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Nihad Quluzadədir. Tamaşada Xalq artisti Mehriban Zəki, Əməkdar artist Füzuli Hüseynov, aktyorlar İlahə Həsənova, Elçin Əfəndi, Elsevər Rəhimov və Lalə Süleymanova iştirak edəcəklər.
Tamaşada repressiyaya məruz qalan, həyatdan və ailəsindən qoparılmış insanların hekayəsindən bəhs olunur.
Tədbir fevralın 11-də və 18-də saat 19:00-da baş tutacaq.
Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür. Qiymətlər 7-12 manat aralığında dəyişir.