Avtobusun sahibi olduğu daşıyıcı şirkətin sözlərinə görə, nəqliyyat vasitəsində sərnişin olmayıb:
“Masazırda Zəngilan şəhərciyi deyilən bir yer var, həmin şəhərciyin yolu çox bərbad haldadır. Biz o yolu dəfələrlə öz hesabımıza düzəltdirsək də, heç bir mənası olmayıb. Çünki orada kanalizasiya sistemi işləmir. O binaların bütün suyu yola axıdılır, yolda çalalar əmələ gəlir. Elə avtobuslarımız var ki, çalaya düşür, təkəri cırılır”, – deyə şirkətdən qeyd edilib.
Əlavə olunub ki, videosu yayılan avtobus quyuya düşdüyünə görə o vəziyyətdədir və içi boş son dayanacağa təmirə gedirdi.
16:22 - Bakıda sərnişin avtobusunun bir tərəfi yerə dəyir - VİDEO
Bakıda sərnişin avtobusu bərbad vəziyyətdə xəttə çıxır. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Söhbət 525 nömrəli marşrut üzrə hərəkət edən avtobusdan gedir. Belə ki, Cavadxan küçəsi, 1 – Masazır marşrutu üzrə hərəkət edən nəqliyyat vasitəsi tamamilə sağ tərəfə əyilmiş vəziyyətdə hərəkət edir. Bu da sərnişinlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı videogörüntülər yayılıb.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/01/ohu.mp4"][/video]