Bakıda sərnişin avtobuslarına qarşı reyd keçirilib. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
1 oktyabr tarixində qüvvəyə minmiş yeni qanunla əlaqədar qeyri-müntəzəm sərnişindaşıma ilə məşğul olan şəxslərə qarşı yoxlama aparılıb. Məqsəd həmin daşıyıcıları icazələr əsasında fəaliyyət göstərməyə cəlb etməkdir.
Yeni qanuna əsasən, ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma ilə məşğul olan şəxslər mütləq qaydada buraxılış vəsiqəsi əldə etməlidirlər. Sözügedən vəsiqələri e-xidmet.ayna.gov.az portalına daxil olaraq, əldə etmək olar.