Bakıda inklüziv təhsilə cəlb olunan uşaqların sayı açıqlanıb. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İnklüziv təhsil - sağlamlığı məhdud olan uşaqlarla tam sağlam olan uşaqların birgə təhsil alması proqramıdır. Hazırda bu proqram çərçivəsində 9 təhsil müəssisəsində ümumilikdə 129 sağlamlığı məhdud olan uşaq təhsil alır.