Bakıda “Suşini sevirəm” adlı dünya sərgisi keçiriləcək. Bu haqda məlumatı Bakuplus.az bu gün, 13 yanvar tarixində Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Sərgi 14-22 yanvar tarixlərində Bakıda yerləşən Daş Salnamə Muzeyində baş tutacaq.
Qeyd edək ki, Yaponiya mətbəxində xüsusi rol oynayan və UNESCO-nun Bəşəriyyətin qeyri-maddi-mədəni irsinin reprezentativ siyahısına daxil edilən suşi gözəlliyi və dadı ilə seçilir, həmçinin sağlam qida kimi dünyanın bir çox ölkələrində sevilir və tanınır.