Bakıda dekabrın 3-də Xətai Sənət Mərkəzində "Su və rəng ahəngi - 2022" akvarel sərgisi keçiriləcək. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az məlumat verib.
Sərgi Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycanda olan nümayəndəliyi IWS Azerbaijan və IWS şəbəkəsinin üzvü Xətai Sənət Mərkəzinin nəzdində olan IWS Khatai Center-in təşkilatçılığı ilə baş tutacaq.
Açılış saat 15:00-da nəzərdə tutulub. Sərgi dekabrın 6-na kimi davam edəcək. Giriş sərbəstdir.