top
Bakıda təmir şirkətinə müraciət edən vətəndaşlar indi öz evlərinə köçə bilmirlər – VİDEO
04 noyabr 2023, 04:17
- ↺ +

Bakıda təmir şirkətinə müraciət edən vətəndaşlar indi öz evlərinə köçə bilmirlər – VİDEO

Təmir-tikinti şirkətinə müraciət edən vətəndaşlar təmir üçün xeyli müddət böyük məbləğdə pul ödəsələr də, öz evlərinə köçə bilmirlər. Buna səbəb isə təmir-tikinti şirkətinin vədinə əməl etməməsi və işlərini yarımçıq saxlamasıdır. Bu haqda bu gün, 4 noyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

“Müqavilə bizdə 2023-ci ilin iyunun 7-si bağlanıb və 3 aya bizə təhvil verilməli idi. O deməkdir ki, sentyabrın 7-si mən bu evə girib yaşamalı idim”, – deyə zərərçəkən Fərid Əlisoy iddia edir ki, təmir-tikinti şirkəti olan “Zühür İnşaat” MMC ilə evinin 3 ay müddətində təmir edilməsi üçün müqavilə imzalanıb. Ancaq vaxt tamam olsa da, işlər bitməyib. Ev sahibi bildirir ki, evində istifadə olunan materiallar keyfiyyətsiz, ustalar isə qeyri-peşəkar olub.

“İlkin ödəniş olaraq 26.000 manat pul vermişəm. Ümumi 40.000 manatın içində pəncərələr, daxili qapılar, çöl qapılar, qaz çəkilməsi, kondisionerin çəkilməsi var idi. İstifadə olunan materiallar keyfiyyətsizdir, usta isə mənə deyib ki, mən YouTube-da baxıb buranı düzəldirəm”, – deyə evin sahibi qəzəbləndiyini bildirib.

Mənzil sahibi ona dəyən ziyanı şirkətdən tələb etsə də, aldığı cavab onu qane etmir.

“Dəfələrlə zəng etmişəm, telefonu götürmədilər. Məcbur olaraq şirkətə WhatsApp-da mesaj göndərdim, onlardan pulu geri tələb etdim. Mənə dedilər: “Gedin, nə istəyirsiniz edin, mən pulu qaytarmıram”.

“Zühür İnşaat” MMC-dən şikayət edən digər şəxs isə Əkrəm Qənbərovdur. O iddia edir ki, şirkətə evinin təmir edilməsi üçün 20.000 manat ödəniş etsə də, iş yarımçıq dayandırılıb.

“Cari il mayın 10-da “Zühür İnşaat” MMC-nin nümayəndəsi Anar bəylə müqavilə bağlayıb, 160 kvadratmetrlik mənzilin təmir edilməsi müqaviləsinin şərtlərinə əsasən, ilkin ödəniş olaraq 20.000 manat pul ödəmişəm. 20.000 manatlıq heç bir iş görməyiblər, iş yarımçıq qalıb”, – deyə Qənbərov şikayət edib.

“Zühür İnşaat” MMC-nin direktoru Anar Abbasov isə iddiaları əsassız adlandırıb. O bildirib ki, təmiri hər 2 şəxs özü dayandırıb. İndi də görülən işlərin pulunu tələb edirlər:

“Biz müqavilə bağladıq, təmirə başladıq. Bir ay ərzində fors-majora görə uzanma olub. Amma mən davam etmək istəyəndə adam istəmədiyini deyib. Biri özü imtina edib, o biri də özü işləməyə imkan verməyib. İkisi də qonşudur”.

Hüquqşünaslar isə bildirirlər ki, bu məsələ artıq məhkəmə predmetidir. Əgər zərərçəkənlər iddialarında haqlı olarlarsa, şirkətdən həm maddi həm də mənəvi ziyana görə təzminat tələb edə bilərlər.

Son xəbərlər

Xəbər
Dünən, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
Dünən, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
Dünən, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
Dünən, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Xəbər
26 sentyabr 2026, 15:50

Prezident və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Xəbər
26 sentyabr 2026, 15:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Aktual Xəbərlər
26 sentyabr 2026, 14:37

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
26 sentyabr 2026, 13:15

Sabah Bakıda 29 dərəcədə isti olacaq

Suraxanı
26 sentyabr 2026, 12:29

Asfaltlama adı ilə yol bağlandı, amma heç bir iş görülmədi - VİDEO

Xəbər
26 sentyabr 2026, 11:30

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Xəbər
26 sentyabr 2026, 10:00

Masazır sakinləri 11 saatdır işıqsızdır - "Zəng edirik, cavab vermirlər"

Xəbər
26 sentyabr 2026, 09:33

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Xəbər
25 sentyabr 2026, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
25 sentyabr 2026, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
25 sentyabr 2026, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
25 sentyabr 2026, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
25 sentyabr 2026, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
25 sentyabr 2026, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
25 sentyabr 2026, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
25 sentyabr 2026, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
25 sentyabr 2026, 12:55

288 müəllim iş yerini dəyişir

Oxşar xəbərlər