Şəhərin mərkəzində yerləşən tərk edilmiş zavodların aqibəti necə olacaq? Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az İctimai TV-yə istinadən xəbər verir.
Metronun “Ulduz” stansiyası ətrafında yerləşən onlarla zavod tərk edilib və baxımsız vəziyyətdə qalıb. Əvvəllər bu stansiyadan minlərlə sərnişin istifadə edirdi. Bu gün isə stansiyadan çox az insan istifadə edir.
Müəssisələrin bəziləri lap xarabalığa çevrilib. Digərlərinin bir hissəsi isə başqa məqsədlər üçün icarəyə verilib. Bir sıra müəssisələr tamamilə tərk edilmiş olsa da, zavodları mühafizə edən əməkdaşlar var. Onlar zavodun sahibləri olduğunu bildiriblər. Ərazidə 25-64 illik müəssisələr var ki, bəzilərində 2500-ə qədər işçi işləyib.
Zavodların taleyi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxlanılıb.
Qurumdan bildirdilər ki, məsələ araşdırıldıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.