Bakı Ali Neft Məktəbində “TEDx” konfransı keçiriləcək. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az iticket.az-a istinadən xəbər verir.
“Üfüqlərinizi genişlətməyə hazır olun!” devizi altında keçiriləcək tədbirdə yayılmağa dəyər fikirlərə toxunulacaq.
Tədbir 18 dekabr 2022-ci il tarixində baş tutacaq. Biletləri iticket.az saytından almaq mümkündür. Qiymət 15 AZN təşkil edir. Ünvan: Bakı Ali Neft Məktəbinin Konqres zalı.
“TED” - müxtəlif xeyirli fikirləri səsləndirmək üçün yaradılmış qeyri-kommersiya təşkilatıdır. Hər il dünyanın müxtəlif ölkələrindən müxtəlif sahələrin insanları qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edilir və önəmli, gələcək üçün paylaşılmağa dəyər ideyalar onların vasitəsilə dünyaya çatdırılır.