Bakıda yeni parkın inşası barədə İcra Hakimiyyəti açıqlama verib. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, sosial şəbəkələrdə şəkilləri yayılan və “Ganjlik Mall”-un yaxınlığında yerləşəcəyi deyilən parkdan xəbərləri yoxdur. Hazırda həmin ərazidə heç bir tikinti aparılmır.
Daha öncə sosial şəbəkələrdə Bakıda yeni parkın salınacağı barədə məlumat yayılmışdı. Bununla bağlı şəkillər də paylaşılmışdı.
[URIS id=83737]