Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində yerləşən Opera Studiyasında fevralın 25-də “Disney” adlı multimedia şousu baş tutacaq. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az məlumat verir.
Tamaşa gündə iki dəfə, saat 12:00 və saat 15:00-da təşkil ediləcək. Şou zamanı “Avanqard” Kamera orkestrinin, rəqqasların, animatorların müşayiətində cizgi filmlərinin qəhrəmanları videoekranda canlandırılacaq.
Biletləri onlayn əldə etmək mümkündür.