Bakıda uşaqlar üçün yarmarka təşkil olunacaq. Bu haqda bu gün, 24 fevral tarixində Bakuplus.az “Maraqli Art”a istinadən xəbər verir.
“Kids Bazaar” uşaq əl işləri yarmarkasında balacalar üçün müxtəlif master-klaslar təşkil olunacaq. Bundan əlavə, unikal sənətkarlıq məhsulları, eləcə də gənc sənətkarların əl işlərini almaq mümkün olacaq.
Tədbir bu gün, saat 12:00-19:00 arası baş tutacaq. Giriş sərbəstdir. Ünvan: Mehdi Hüseyn küçəsi, 63/75.