Bakıda uşaqlar üçün lazer şou baş tutacaq. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
“Dünya ətrafında - lazer işıq şousu” adlı konsertdə “Show1Baku” rəqqaslarının xoreoqrafiyası ilə birgə parlaq işıqlandırma şousu baş tutacaq. Türkiyə, Çin, Qədim Roma mədəniyyətinə yeni baxış bəxş ediləcək, hətta iştirakçılar kosmosla tanış olacaqlar.
Tədbir 18 fevral saat 11:00-da Opera Studiyasının Konsert salonunda baş tutacaq. Biletlər 8-25 AZN arası dəyişir.