Ötən gün Bakida Ukrayna Mərkəzinin açılışı olub.
Reporta istinadən Mərkəz Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə açılıb. Buraya gələn ziyarətçilər Ukraynanın mədəniyyətiu haqqında məlumat alacaqlar, milli geyimləri almaq mümkün olacaq. Həmçinin burada açılmış təhsil mərkəzində ukrayna dili kursları açılıb.
Açılışda Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy iştirak edib. O bildirib ki, gələcəkdə tələbə mübadiləsi, İT sahəsində birgə proqramlarının icrası keçiriləcək.