Bakıda yerləşən Qərbi Kaspi Universitetinə pulsuz əsaslarla qəbul olan tələbədən pul istəyiblər. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Ləman Manafova 2022-ci ildə adıçəkilən universitetin Biologiya fakültəsinə ödənişsiz əsaslarla daxil olduğunu bildirib. Ancaq tədris başlayandan 3 ay sonra ondan pul tələb ediblər.
Şikayətçinin sözlərinə görə, ailənin maddi imkanı aşağı olduğuna görə, təhsili dondurmalı olublar.
Təhsil müəssisəsindən məsələ ilə bağlı bildiriblər ki, tələbə ödənişsiz əsaslarla qəbul olsa da, qeydiyyatını birinci turda təsdiqləməyib, buna görə də o, 2-ci turda universitetə qəbul olub və müvafiq olaraq, təhsili ödənişli olub.