Paytaxt ərazisində Türkiyə üçün yardım kampaniyası davam edir. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az xəbər verir.
Saat 11:00-dan başlayan aksiya gün ərzində davam edib. Əsas toplama məntəqələri Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi və “Dəniz mall” ticarət mərkəzinin yaxınlığında olan İdman sarayında təşkil olunub. Həmçinin digər nöqtələrdə də toplama məntəqələri yaradılıb.
İnsanlar dayanmadan yorğan-döşək, isti paltar, ayaqqabı və digər lazımi əşyalar gətirirlər.
Ötən gecə isə Babək prospketində yerləşən “Doğtaş” mebel mağazasının qarşısında ianələr qəbul olunub.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2023/02/video-whatsapp-2023-02-08-v-13.46.0144_1.mp4"][/video]
[URIS id=89937]