Bakıda 15 oktyabr tarixində “Dağ” filminin nümayişi baş tutacaq. Nümayiş Vətən müharibəsi mövzusunda keçirilən tədbirlər çərçivəsində Sabunçu Gənclər Evinin təşkilatmılığı ilə baş tutacaq
Film Sabunçu Gənclər Evinin binasında saat 15:00-da başlayacaq.
Məzmun olaraq vətənpərvərlik mövzusunu əhatə edən filmi izləmək istəyənlər təşkilatın İnstagram səhifəsindəki paylaşımın rəy bölməsində “+” yazmaqla qeydiyyatdan keçə bilər.