Milli İncəsənət Muzeyində Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Tək inci” adlı sərgi öz fəaliyyətinə başlayıb. Bu haqda 28 dekabr tarixində Report məlumat verib.
Sərginin açılışında mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.
Sərgidə 60-a yaxın şəxsi kolleksiyalarda saxlanılan Xan qızına məxsus şəxsi əşyaları, əlyazmaları, eləcə də rəssamlıqda və heykəltaraşlıqda yaradılan Natəvan obrazları təqdim olunub.
Eksponatların arasında Natəvanın “Gül dəftəri” adlandırılan albomu da xüsusi yer alıb. Albomda 13 qəzəli ilə yanaşı, sulu boya və karandaşla çəkdiyi gül və bitki təsvirləri və mənzərəli illüstrasiyalar çəkilib.
[URIS id=85127]