Bakıda yapon qılınc döyüş sənəti üzrə konsert keçiriləcək. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir.
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə "TATE-Hatoryu NY” qrupunun ifasında "Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı" adlı konsert baş tutacaq.
Tədbir 3 fevral saat 19:00-da keçiriləcək. İştirak ödənişsizdir. Öncədən qeydiyyatdan keçmək vacibdir. Ünvan: Heydər Əliyev Mərkəzi.