Bakıda “analoqsuz” təmir artıq yekunlaşıb. Bu haqda BakuPlus.az 1news.az-a istinadən bu gün, 7 aprel tarixində xəbər verir.
Paytaxtın Səbail rayonunda yol təmiri zamanı yolun hərəkət hissəsində park edilmiş avtomobil olan hissəyə asfalt vurulmayıb.
Həmin ərazinin fotoları sosial şəbəkələrdə yayılıb.
Daha sonra Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəisi Anar Nəcəfli də bu haqda açıqlama verərək bildirib ki, avtomobilin sahibini tapmaq mümkün olmadığından, işlər yarımçıq qalıb.
Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda yarımçıq qalan iş bu gün tamamlanıb.
Ehtimal olunur ki, fotodakı Rusiya dövlət nömrə nişanlı avtomobil uzun müddət orada dayanmışdır.