top
Bakıda yayılan sarılıq və qızılca ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzindən AÇIQLAMA – VİDEO
24 yanvar 2024, 04:25
- ↺ +

Bakıda yayılan sarılıq və qızılca ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzindən AÇIQLAMA – VİDEO

Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Bakıda yayılmış hepatit A (sarılıq) və qızılca virus xəstəliklərinə qarşı aparılan işlərlə bağlı məlumat verib. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Əliyevanın sözlərinə görə, sarılığa yoluxma hallarının Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisələrində baş verdiyi müəyyən edilib.

O qeyd edib ki, su çənlərində uzun müddət qalan su sonradan virusa yoluxma hallarına səbəb ola bilər. Buna görə də vaxtlı-vaxtında su kanalizasiya xətlərinin təftişi mövcud su ambarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub zərərsizləşdirilməsi vacib şərtlərdəndir. O, monitorinqlərin ilkin nəticələrini də açıqlayaraq bildirib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır. Yoluxma hallarının sayında azalma müşahidə olunur.

“Yoluxma əllərin yuyulmaması, çirklənmiş sudan istifadə edilməsi, gigiyena qaydalarına əməl edilməməsi nəticəsində baş verir. Bununla əlaqədar hal-hazırda ərazidə əks-epidemik tədbirlər aparılır, monitorinqlər keçirilir. Həyətlərdə olan su çənləri, su anbarları yuyulur, təmizlənir, dezinfeksiya tədbirləri aparılır. Məktəblilər arasında da bu xəstəliklər qeydə alınır. Məktəblərdə olan çənlər də yuyulur, təmizlənir, zərərsizləşdirilir. Həm mərkəzləşdirilmiş su xətlərindən, eyni zamanda çənlərdən su götürülür. Mərkəzi su xətlərindən götürülən “Azərsu”nun suyu bütün dövlət standartlarına cavab verir və tam təmiz sudur”.

Direktor müavini son vaxtlarda baş verən qızılcaya kütləvi yoluxma hallarından da danışıb. O bildirib ki, görülən tədbirlərdən sonra xəstəliyin səviyyəsində azalma müşahidə olunur.

“Həm vaksin vasitəsilə immunitet yaranır, eyni zamanda bu xəstəliyi keçirmiş insanların təbii immuniteti yaranmış olur. Əlbəttə ki, hələ də peyvənddən kənarda qalanlar var, peyvənddən imtina edənlər var. Peyvənd olunmaq istəyənlər tibb müəssisələrinə müraciət etməlidir, poliklinikalarda həm böyüklər üçün, həm uşaqlar üçün vaksin kifayət qədər var”, – Əliyeva deyib.

Afaq Əliyeva əlavə edib ki, qızılcaya yoluxma hallarında azalma bu aydan qeydə alınıb.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Dərnəgül dayanacağında yenilik - ADY detalları açıqladı

Xəbər
Dünən, 17:17

Rusiyalı turistin Bakıdakı xəstəxana təcrübəsi - İDDİA

Xəbər
Dünən, 17:14

Yeni tədris ilinin başlanması ilə əlaqədar valideynlərə əlavə məzuniyyət verilə bilərmi? – Nazirlikdən açıqlama

Xəbər
Dünən, 16:40

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

Xəbər
Dünən, 15:46

Bakıda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ

Xəbər
Dünən, 15:04

Dövlət Gömrük Komitəsinin sədri Qədir Rüstəmovun oğluna xəbərdarlıq etdi

Xəbər
Dünən, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
Dünən, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
Dünən, 12:55

288 müəllim iş yerini dəyişir

Xəbər
Dünən, 12:26

Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ

Xəbər
Dünən, 12:20

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Dünən, 11:34

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Xəbər
Dünən, 10:31

"Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm" - Tanınmış aktyor

Xəbər
Dünən, 09:45

Maştağa və Buzovnada qaz kəsiləcək

Xəbər
24 sentyabr 2026, 18:00

Bakıda övladlarından imtina edən kişi həbs olundu

Xəbər
24 sentyabr 2026, 17:03

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi - FƏRMAN

Xəbər
24 sentyabr 2026, 16:07

Abadlaşdırılan həyətdə təhlükə: İki azyaşlını cərəyan vurub

Xəbər
24 sentyabr 2026, 15:53

Güləşçini qətlə yetirmişdi, həbsdə öldü

Xəbər
24 sentyabr 2026, 14:56

Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu

Xəbər
24 sentyabr 2026, 13:50

Bakıda kişi sükan arxasında öldü

Xəbər
24 sentyabr 2026, 12:55

Bakıda qonşusunu bıçaqla ürəyindən vuraraq öldürmək istəyən şəxsə AĞIR CƏZA

Xəbər
24 sentyabr 2026, 12:05

51 min manatlıq kombi oğurladılar, tutuldular

Xəbər
24 sentyabr 2026, 11:30

Suraxında xüsusi əməliyyat: saxlanılan var - VİDEO

Xəbər
24 sentyabr 2026, 10:52

Azərbaycanda cazın inkişafında mühüm rol oynayan Nuri Əhmədov vəfat edib

Oxşar xəbərlər