Bakıdakı “Passage 1901”-də 9 dekabr saat 10:00-dan 18:00-a dək Yeni il xeyriyyə yarmarkası keçiriləcək. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az məlumat verir.
Sərgi “İnkişafa doğru” İmkansız ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi tərəfindən təşkil olunacaq.
Yarmarka zamanı uşaqlar üçün müxtəlif əyləncələr və konsertlərin keçirilməsi, lotereya oynanılması və əl işlərinin satışı nəzərdə tutulub.
Əldə olunan ianələr vasitəsilə şəhid və qazi ailələrinə, aztəminatlı ailələrə, qocalar və uşaqlar evində məskunlaşmış, eləcə də əqli və fiziki qüsuru olan şəxslərə sosial yardım göstəriləcək. Giriş bileti cəmi 2 AZN təşkil edir.