Bakıda daha bir ticarət mərkəzinin açılışı baş tutacaq. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Paytaxtda yeni “Blue Mall” Ticarət Mərkəzinin açılış mərasimi baş tutacaq. Tədbirdə Miri Yusif, Çinarə Məlikzadə, Namiq Qaraçuxurlu, Amina, Günay İbrahimli kimi tanınmış şəxslər çıxış edəcəklər. Həmçinin milli kompozisiyalar, “Music Band”, DJ, eləcə də uşaqların əyləncəsi üçün əyləncə proqramları nəzərdə tutulub.
Açılış 21-22 oktyabr tarixlərində saat 13:00-da baş tutacaq. Ünvan: Xətai rayonu, 8 Noyabr prospekti, “Nargilə” dairəsinin yaxınlığı. Giriş sərbəstdir.