Paytaxt ərazisində yeni quraşdırılan işıqforlar niyə işləmir? Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Binəqədi rayonu, Əhməd Rəcəbli və Süleyman Sani Axundov küçələrinin kəsişməsində və Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində tam yeni işıqforlar quraşdırılıb, ancaq onların heç biri işlək deyil. Burada avtomobillər sıx hərəkət edir və yolun nizamlanmasına ehtiyac var, ancaq aylardır quraşdırılan işıqfor fəaliyyətə başlamır.
Rəsmi qurumlar məsələ ilə bağlı bildiriblər ki, işıqforlara elektrik xətti çəkilməlidir. Bu mərhələdə bir az gecikmələr var. Daha sonra test rejimində işləyəcək. Yoxlama bitdikdən sonra tam istifadəyə veriləcək.
[caption id="attachment_82398" align="alignnone" width="640"]
Foto ATV-nin rəsmi Youtube kanalı[/caption]