Bakının Səbail rayonunun Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində zibil qutuları üçün meydança elə tikilib ki, səkidə quraşdırılmış yol nişanı tikilinin içərisinə düşüb. Müvafiq kadrlar sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Bir müddət sonra platforma və onun ətrafındakı divar sökülüb, lakin söküntü işləri zamanı yol nişanı da yararsız hala düşüb.