Bu gün, 7 dekabr saat 18:00-da “Nizami” kinoteatrında Özbəkistan Kino Günlərinin təntənəli açılışı və “Əbədi dostluq və qardaşlıq” filminin nümayişi baş tutacaq. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az məlumat verir.
Dekabrın 8-i Nizami kinoteatrında saat 17:00-da “Maksud Şayxzoda” filminin, 18:00-da "101 Uçuş" filminin nümayişi olacaq.
Dekabrın 9-u Nizami kinoteatrında saat 14:00-da "Baron 2 " filminin, saat 19:00-da isə "Qadın taleyi" filminin nümayişi olacaq.
Filmlər özbək dilində, azərbaycanca subtitrlərlə nümayiş olunacaq. Kinoseanslara giriş pulsuzdur.