Bakı Daiərvi Yolunda avtomobillər üçün ciddi təhlükə var. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Belə ki, yolun kənarı təpəlik və qayalıq olduğu üçün yamac boyu başdan-başa irili-xırdalı qaya parçaları hər an yola düşə bilər.
“Biz onun adını belə qoymuşuq – yeriyən yamaclar. Yəni küləyin, günəşin, soyuğun təsirindən onların altı ovulur, asılı vəziyyətdə qalır və qırılıb yola düşür”, – deyə mütəxəssis Əziz Qaralov bildirib.
Sakinlər bildirirlər ki, yol boyunca istinad divarları qurulsa, daha təhlükəsiz olar. Eyni şərait Bibiheybət yolunda da yaradılıb.